Qəbələdən start götürən Ultramarafon Xankəndində başa çatıb - FOTO

Qəbələdən start götürən Ultramarafon Xankəndində başa çatıb - FOTO backend

Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan Ultramarafon oktyabrın 11-də Xankəndi şəhərində başa çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarışda 6 ölkədən 97 atlet iştirak edib. Ultramarafon idmançıların dözümlülüyünü, fiziki hazırlığını və iradəsini sınağa çəkib.

Yarışın Xankəndində keçirilən final mərhələsində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Gənclər və İdman naziri Fərid Qayıbov iştirak ediblər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. Ümumi uzunluğu 380 kilometr olan yarışda dörd ölkədən 64 atlet mübarizə aparıb.Bu il iştirakçıların sayının 97-yə çatması ultramarafona beynəlxalq marağın artdığını göstərir. Qəbələdən start götürərək Xankəndində finişə çatan yarış müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirməklə yanaşı, Qarabağın idman potensialının tanıdılmasına və bölgədə idman ənənələrinin inkişafına töhfə verib.