Kriştianu Ronaldu imicini kəskin dəyişdi - FOTO 

Kriştianu Ronaldu imicini kəskin dəyişdi - FOTO  backend

Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuşla yaşanan qalmaqaldan sonra milli komandanın düşərgəsini erkən tərk edən ulduz futbolçu Kriştiano Ronaldo yeni imici ilə diqqət mərkəzinə düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə "Ən-Nəsr" klubunun sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb.

41 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun düşərgəsinə qayıdıb.

Ronaldo "Ən-Nəsr"ə qayıtdıqdan sonra saç düzümünü də dəyişib. O, saçlarını qısaldıb və əvvəlki tünd rəngə qaytarıb.

Qeyd edək ki, futbolçu yay aylarında saçlarını sarı rəngə boyamışdı.

Hazırda Ronaldo klub karyerasını davam etdirməklə yanaşı, peşəkar karyerasında 1 000 qola çatmaq uğrunda mübarizəsini də davam etdirir.

Oxu.az