Kilian Mbappe "Real"a qayıtdı

Kilian Mbappe "Real"a qayıtdı backend

İspaniya vitse-çempionu Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe Madridə geri dönüb.

Qaziler.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Fransa millisinin futbolçusu İspaniya Primerasının 8-ci turunda "Vilyarreal"a qarşı keçiriləcək matça hazır olacaq.

Qeyd edək ki, Mbappe Millətlər Liqasının qrup mərhələsinin birinci turunda Türkiyəyə qarşı keçirilən oyunda (1:0) zədələnmiş və milli komandanın digər qarşılaşmalarını buraxmalı olmuşdu.

"Real" - "Vilyarreal" görüşü oktyabrın 10-da Madriddə baş tutacaq.

QAZİLER.AZ