Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib.
Bakıda "8-ci kilometr" stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

