Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər

Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər backend

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun millidən ayrılması qərarından sonra yüzminlərlə azarkeş Portuqaliya millisinin sosial şəbəkə hesabıbı izləmədən çıxarıb.

Oxu.Az bu barədə Sports.ru-ya istinadən xəbər verir.

 

Ötən gün Ronaldu Millətlər Liqasında Danimarkaya qarşı Kopenhagendə keçiriləcək oyundan əvvəl baş məşqçi Jorji Jezuşla yaranan münaqişəyə görə yığmanın düşərgəsini tərk edib. "Ən-Nəsr"in hücumçusunu diskvalifikasiya və pul cəriməsi gözləyir.

Daha sonra 41 yaşlı futbolçu sosial şəbəkələrdə qarşıdakı oyunlarda Portuqaliya millisində çıxış etməyəcəyini bəyan edib.

Futbolçunun bacısı Elma Aveyru da Portuqaliya milli komandasının rəsmi sosial şəbəkə hesabından abunəçilərin kütləvi şəkildə imtina etməsinə münasibət bildirib.

Elma Aveyru "Instagram" hesabının "stori" bölməsində futbol səhifələrindən birinin paylaşımını repost edib:

"Portuqaliya millisinin hesabını izləməkdən 500 minə yaxın insan imtina edib. Kriştianu Ronaldunun bəyanatından sonra Portuqaliya millisinin "Instagram" hesabında izləyici sayı artıq 25 milyondan aşağı düşüb. Hesab 300 mindən 500 minə qədər abunəçi itirib".

Ronaldunun bacısı bu paylaşıma "Dünyada hər şey bu həddə çatıb, hər şey belə dəyişir" şərhini yazıb.