İspaniyanın vitse-çempionu Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo, 41 yaşlı hücumçu Kriştiano Ronaldonun Portuqaliya millisindən ayrılması barədə fikirlərini bölüşüb.
Qaziler.az bu barədə "O Globo" nəşrinə istinadla xəbər verir.
"Kriştiano qalibdir. Onun eqosu var və bu eqo 20 il ərzində ona qollar, titullar və rekordlar qazandırıb. Bu, normaldır. Lakin indi o, eqosunu idarə etməyi öyrənməlidir. Futbol onu gözləməyəcək. Bədəni artıq əvvəlki kimi deyil.
Jorje Jesusa gəldikdə isə, o, böyük futbolçularla işləməyi bacaran və onlardan qorxmayan yaxşı bir məşqçidir. Əgər o, hər hansı bir qərar qəbul edirsə, deməli, bunun komandaya fayda verəcəyinə inanır", - deyə Mourinyo bildirib.
Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə səbəbindən milli komandanın düşərgəsini özbaşına tərk edib. Buna səbəb sentyabrın 30-da keçirilən mətbuat konfransında Jesusun Ronaldoya Danimarka ilə qarşıdakı oyun üçün heyətdə yer təmin etməkdən imtina etməsi olub.
QAZİLER.AZ

