Ronaldunu qəzəbləndirən 30 dəqiqə: Baş məşqçi ilə münaqişənin DETALLARI

Ronaldunu qəzəbləndirən 30 dəqiqə: Baş məşqçi ilə münaqişənin DETALLARI backend

Portuqaliya millisində Kriştiano Ronaldo ilə baş məşqçi Jorji Jezuş arasında yaşanan narazılığın detalları üzə çıxıb.

Qaziler.az xəbər verir ki, "Marca" nəşri tərəflər arasında yaşanan hadisələrin xronologiyasını açıqlayıb.

Məlumata görə, Jezuş Ronaldo ilə əvvəlcədən razılaşıb ki, 41 yaşlı hücumçu ilk oyunda - Uelslə qarşılaşmada və ikinci matçda - Norveçlə görüşdə meydana çıxacaq. Ronaldo Uelsə 1:0 hesabı ilə qalib gəldikləri oyunda start heyətində yer alıb, 66 dəqiqə meydanda olub və qolu VAR tərəfindən ləğv edilib.

Lakin Norveçlə keçirilən ikinci oyundan əvvəl Jezuş qərarını dəyişib. Baş məşqçi Ronaldoya ona ehtiyac yarana biləcəyini və qarşılaşmanın son 30 dəqiqəsində meydana çıxmasının mümkün olduğunu bildirib.

Norveçin hesabı 1:1-ə gətirməsindən sonra Ronaldo isinməyə başlayıb. Portuqaliya 54-cü dəqiqədə yenidən önə keçdikdən sonra isə Jezuş onu meydana buraxmayıb. Ronaldo təxminən 30 dəqiqə isinməsinə baxmayaraq, oyunda iştirak etməyib və final fitindən sonra stadionu əsəbi şəkildə tərk edib.

Bundan sonra Ronaldo Portuqaliya millisinin məşqində komanda ilə birlikdə iştirak etməyib. O, məşq vaxtı hoteldə qalıb və fərdi şəkildə çalışıb. Jezuş isə Ronaldunun məşqdən imtina etmədiyini, sadəcə bərpa proqramı çərçivəsində fərdi məşq etdiyini bildirib.

Jezuşun mətbuat konfransında Ronaldo ilə bağlı açıqlamaları da futbolçunun narazılığını artırıb. Baş məşqçi yaşananları "10, 15 və ya 20 saniyə davam edən məyusluq anı" kimi qiymətləndirib. Bu açıqlamalardan sonra Ronaldo milli komandanın düşərgəsini tərk etmək qərarına gəlib.

Ronaldo daha sonra sosial şəbəkələrdə açıqlama yayaraq düşərgəni tərk etməsinin səbəblərini "vaxtı gələndə" açıqlayacağını bildirib. O, bununla belə, Portuqaliya millisindəki karyerasını başa vurduğunu deməyib.

Qeyd edək ki, Ronaldo ilə Jezuş arasında baş verənlərlə bağlı tərəflərin görüş keçirdiyi də bildirilir.

Oxu.az