17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.
Qaziler.az Apasport.az-a istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.
Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.
Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.

