“Buna nail olacağımı bilirəm” - Ronaldo

“Buna nail olacağımı bilirəm” - Ronaldo backend

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbolçu karyerası ərzində 1000 qol həddinə çatacağına əmin olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

"Buna nail olacağımı bilirəm, lakin bu, mənim üçün bir aludəçilik (hərislik) deyil. Hazırda əsas vacib olan şey futboldan zövq almaqdır, amma bəli, mən həqiqətən də bu rekordu imzalamaq istəyirəm", – deyə Ronaldo vurğulayıb.

Daha əvvəl Ronaldo verdiyi müsahibədə bu il karyerasını bitirməklə bağlı sualı cavablandırmışdı.

Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzub. Aktivində 5 Çempionlar Liqası kuboku, 2 Millətlər Liqası, Avropa çempionu titulu və 5 "Qızıl top" mükafatı olan Ronaldu, turnirdən əvvəl bu mundialın onun üçün sonuncu olacağını bəyan etmişdi. Nəticədə ulduz futbolçu karyerasında dünya çempionu titulu qazana bilməyib.

QAZİLER.AZ