Ronaldo Millətlər Liqası oyunları üçün milli komandaya çağırıldı

Ronaldo Millətlər Liqası oyunları üçün milli komandaya çağırıldı backend

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı Millətlər Liqası oyunları üçün Portuqaliya milli komandasına çağırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yaxın beynəlxalq fasilə zamanı Portuqaliya millisi Millətlər Liqasında Uelslə (24 sentyabr), Norveçlə (27 sentyabr və 4 oktyabr) və Danimarka ilə (1 oktyabr) qarşılaşacaq.

Avqustun 17-də Ronaldo yeni mövsümün onun karyerasında sonuncu mövsüm ola biləcəyini açıqlamışdı.

Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Çempionlar Liqasının beşqat qalibi, ikiqat Millətlər Liqası çempionu, Avropa çempionu və beş dəfə “Qızıl top” sahibi olan Ronaldo matçdan əvvəl bu dünya çempionatının onun üçün sonuncu olacağını bildirmişdi. Nəticədə hücumçu dünya çempionu ola bilmədi.

Klub səviyyəsində Ronaldo ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə verib.

QAZİLER.AZ