Jurnalist və “Əl-Nəsr” klubunun keçmiş mətbuat katibi Səud əl-Sərami Səudiyyə Ərəbistanı klubunda çıxış edən hücumçu Kristiano Ronaldonun qış transfer pəncərəsində komandanı tərk edə biləcəyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, Al-Arabiya FM radiosunun efirində bildirib.
“Ronaldo “Əl-Nəsr”də heç bir rol oynamır və onun qış transfer pəncərəsində, daha əvvəl Kərim Benzemanın etdiyi kimi, klubu tərk edə biləcəyini istisna etmirəm. Lakin bu, yalnız onun öz istəyi ilə baş verəcək. Ronaldo artıq yorğun futbolçuya çevrilib və “Əl-Nəsr”ə bundan sonra heç nə verə bilməz. Buna görə də o, getməlidir”, — deyə əl-Sərami deyib.
Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. Bundan əvvəl o, “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında oynayıb.
Portuqaliyalı futbolçu beş dəfə “Qızıl top” mükafatının və UEFA Çempionlar Liqasının qalibi olub. O, Portuqaliya milli komandası ilə Avropa çempionu olub və Millətlər Liqasını iki dəfə qazanıb.
QAZİLER.AZ

