“Real Madrid”in hücumçusu Kilian Mbappe gənc futbolçular arasında xüsusilə “Barselona”nın futbolçusu Lamin Yamalın seçildiyini bildirib.
Qaziler.az bu barədə “sport-express.net”ə istinadla xəbər verir.
“Çox ad çəkmək istəmirəm, çünki birdən kimisə unudaram... Söhbət dünyanın ən yaxşı 10-15 futbolçusundan gedəndə düşünürəm ki, hamı mənimlə razılaşar. Gənc futbolçular arasında? Lamin Yamal. Onun hər şeyi var.
Estevaonu bəyənirəm, onda müəyyən yaradıcılıq var. “Real”da Arda Gülər çox şeyə nail ola bilər. Endrikin böyük potensialı var, o, anadangəlmə bombardirdir. Uorren (Zair-Emeri), Dezire Due – onların böyük karyera quracağına əminəm”, – Mbappenin sözlərini “France Football” yayıb.

