“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırdı

“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırdı backend

“Sabah” komandası ABŞ-dən olan basketbolçu Castin Tillman ilə yollarını ayırıb.

Qaziler.az xəbər verir ki, klubdan verilən məlumata görə, oyunçu ilə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoyulub.

Tillman 2025/2026-cı illər mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub. O, Bakı təmsilçisi ilə Azərbaycan Basketbol Liqasının çempionu olub və final seriyasının ən yaxşı oyunçusu (MVP) seçilib.