"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb backend

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Qaziler.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunan yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL klublarında çıxış edib, həmçinin Braziliyanın U-16 və U-17 millilərində forma geyinib.