Azərbaycan millisinin 1/8 finaldakı rəqibi məlum olub

Azərbaycan millisinin 1/8 finaldakı rəqibi məlum olub backend

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

Qaziler.az Report-a istinadla xəbər verir ki, oyunları Bakıda təşkil olunan C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Türkiyə ilə qarşılaşacaq.

"Ay-ulduzlular" bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.

1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.