İnfantino baş menecerləri təcili iclasa topladı

İnfantino baş menecerləri təcili iclasa topladı backend

FIFA prezidenti Canni İnfantino avqustun 5-də Mərakeşdə təşkilatın rəsmiləri ilə fövqəladə iclas keçirəcək.

Qaziler.az xəbər verir ki, "Press Association" (PA) agentliyinin məlumatına görə, bu görüş dünya çempionatının kommersiya hüquqlarının satılması ilə bağlı uğursuz cəhddən yaranan qalmaqal fonunda çağırılıb.

FIFA "FIFA Forward Enterprise" adlı törəmə şirkət yaratmağı və onun səhmlərinin 25%-ni kənar investorlara 4,2 milyard dollara satmağı planlaşdırırdı. Lakin sonradan təşkilat bu addımı atmamaq qərarına gəlib.

FIFA-nın bu planları Avropa futbol dairələrində kəskin narazılığa səbəb olub. İsveç, Uels və Serbiya da daxil olmaqla bir sıra federasiyalar qarşıdan gələn seçkilərdə İnfantinonu dəstəkləməkdən rəsmən imtina etdiklərini bəyan ediblər. Baş əməliyyat direktoru Kevin Lamur prezidenti əməkdaşlara yalan məlumat verməkdə ittiham edib, müşavir Karlos Kordeyro istefa verib, qlobal futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Venger isə bu layihəyə heç bir aidiyyəti olmadığını xüsusi vurğulayıb.

Agentliyin mənbələri bildirir ki, FIFA Şurasının üzvləri İnfantinodan təkcə kommersiya sövdələşməsi barədə deyil, həm də hücumçu Folarin Kalo Balonun işi ilə bağlı hesabat tələb etmək niyyətindədirlər. Çünki ABŞ prezidenti Donald Trampın telefon zəngindən sonra bu futbolçunun 2026-cı il Dünya Çempionatının oyunundakı diskvalifikasiyası (cəzası) ləğv edilmişdi.

QAZİLER.AZ