Misir milli komandasının hücumçusu Məhəmməd Salah Türkiyənin "Trabzonspor" klubu ilə müqavilə imzalayacaq.
Qaziler.az bildirir ki, bu xəbər komandanın İnstaqram hesabında açıqlanıb.
Klub Salahın 61 nömrəli "Trabzonspor" formasını geyindiyini göstərən təyyarədən çəkilmiş şəkilləri yayımlayıb. Bildirilib ki, oyunçu tezliklə yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
2025/26 mövsümündə Salah "Liverpul"da bütün yarışlarda 39 oyun keçirib. Misirli futbolçu 12 qol vurub və doqquz məhsuldar ötürmə edib. O, 2017-ci ildən bəri İngiltərə klubundadır.
"Trabzonspor" ötən mövsüm Türkiyə liqasında üçüncü yeri tutub. Türkiyə liqasının hazırkı mövsümü 14 avqustda başlayır.
QAZİLER.AZ

