İnfantino kreslosunu qorumaq üçün Trampdan kömək istəyəcək

İnfantino kreslosunu qorumaq üçün Trampdan kömək istəyəcək backend

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino öz postunu qoruyub saxlamaqda köməklik göstərilməsi xahişi ilə Amerika lideri Donald Trampın administrasiyasına müraciət etmək niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat dərc edib.

"O, dövlət katibi ilə telefon vasitəsilə əlaqə saxlamaq və futbolun Amerika üçün necə bir yumşaq güc formasına çevrilə biləcəyini müzakirə etmək istəyirdi. Lakin hamımız bilirik ki, burada söhbət iş yerinin qorunub saxlanılmasından gedir", — deyə nəşrə məlumat verilib.

Mənbənin məlumatına görə, İnfantino Tramp ilə birbaşa əlaqə saxlaya bilmədiyi üçün bazar ertəsi günü ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışıqları aparacaq. FİFA-nın yeni rəhbərinin seçkiləri 2027-ci ilin mart ayına planlaşdırılıb.

QAZİLER.AZ