FİFA prezidentinin baş müşaviri Karlos Kordeyro istefa verib

FİFA prezidentinin baş müşaviri Karlos Kordeyro  istefa verib backend

FİFA prezidenti Canni Infantinonun baş müşaviri Karlos Kordeyro dünya çempionatlarının hüquqlarındakı payın mümkün satışına etiraz olaraq istefa verib.

Qaziler.az xəbər verir ki, bu barədə "Sky News" yazır.

"FİFA prezidentinin baş müşaviri olaraq, FİFA-nın DÇ-dəki payın satılması imkanını nəzərdən keçirdiyi bir vaxtda mən kənarda qala bilmərəm. Mənim bu təkliflə heç bir əlaqəm olmayıb və birmənalı olaraq onun əleyhinəyəm. Bu, FİFA-ya üzv olan assosiasiyalar üçün əlverişsiz sövdələşmədir, futbol üçün əlverişsiz sövdələşmədir və bu idman növünün gələcəyi üçün əlverişsiz sövdələşmədir", — deyə Kordeyro bildirib.

İyulun 30-da UEFA Beynəlxalq Futbol Federasiyasının (FİFA) turnirlərini boykot etdiyini bəyan edib. KONKAKAF boykot ideyasını dəstəkləməsə də, FİFA-nın kommersiya layihəsini pisləyib.

QAZİLER.AZ