Uruqvayda 22 yaşlı Deportivo Italiano futbolçusu Bruno Bentankor infarkt keçirib.
Qaziler.az bildirir ki, bu barədə "Need To Know" portalı məlumat verib.
İdmançı 22 iyul çərşənbə günü səhər özünü pis hiss etməyə başlayıb. Tibbi müdaxiləyə baxmayaraq, o, sağ qala bilməyib: infarkt və tənəffüs dayanması keçirib.
Keçmiş komanda yoldaşları və oynadığı klubların nümayəndələri mərhumun ailəsinə başsağlığı veriblər. Bentankorun əvvəllər heç bir səhhət şikayəti və ya xroniki ürək xəstəliyi olmayıb. Hüquq-mühafizə orqanları hazırda onun qəfil ölümünün dəqiq səbəbini müəyyən etmək üçün araşdırma aparır.
Hücumçu Uruqvay çempionatının üçüncü divizionunda Deportivo Italiano üçün dörd oyun keçirib və iki qol vurub.
QAZİLER.AZ

