UEFA FİFA-nın kommersiya hüquqlarının bir hissəsinin investorlara satılması ehtimalını pisləyib.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Beynəlxalq Futbol Federasiyasının (FİFA) dünya çempionatındakı kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq ehtimalını pisləyib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, qurum bu barədə özünün "X" sosial şəbəkə səhifəsində bəyanat dərc edib.
Sənəddə ittifaq, dünya çempionatındakı payın satılması planları barədə yayılan xəbərləri, futbolun rəhbər orqanlarının “heç vaxt keçməməli olduğu qırmızı xəttin addımlanması” adlandırıb. UEFA təkcə milli assosiasiyaları deyil, həmçinin liqaları, klubları, oyunçuları, azarkeşləri, hökumətləri və bütün maraqlı tərəfləri bu vəziyyətə son dərəcə ciddi yanaşmağa çağırıb.
Açıqlamada vurğulanır ki, xüsusilə sövdələşmədən kimin maliyyə mənfəəti əldə edəcəyi barədə şəffaflıq olmadıqda, “futbolun ruhu və idarəetmə sistemi mübadilə edilə biləcək bir əmtəə deyil”.
İttifaq əlavə edib ki, heç bir qurum “futbolun sahibi deyil” və FİFA-nın “onu satmağa hüququ yoxdur”.
QAZİLER.AZ

