Dünya futbolu əfsanəsi Rusiya ilə əlaqələri səbəbindən işini itirib

Dünya futbolu əfsanəsi Rusiya ilə əlaqələri səbəbindən işini itirib backend

Dünya futbolunun əfsanəsi və 2006-cı il Dünya Çempionatının qalibi Andrea Pirlonun Rusiya ilə əlaqələri səbəbindən İtaliya milli komandasında vəzifə tutmasına icazə verilməyib.

Qaziler.az bildirir ki, bu barədə "La Gazzetta dello Sport"un məlumatında deyilir.

 

Pirlo İtaliya milli komandasının baş məşqçisi vəzifəsinə namizəd idi, lakin onun təyinatının qarşısı ölkənin futbol federasiyasının prezidenti tərəfindən alınıb. Bu qərar Pirlonun Rusiyaya məxsus mərc şirkəti ilə əməkdaşlığı səbəbindən verilib.

 

İdman direktoru vəzifəsini tutan Paolo Maldini də milli komandanı tərk etməyə hazırlaşır; o, bu vəzifəyə cəmi 16 gün əvvəl təyin edilmişdi.