Qazaxıstanlı avarçəkən Almaniyada keçirilən gənclər arasında dünya çempionatının finalına yüksəlib.
Almaniyanın Duysburq şəhərində 23 yaşadək avarçəkmə üzrə dünya çempionatı davam edir.
Qaziler.az bildirir ki, Zakon.kz-in məlumatına görə, qazaxıstanlı Artyom Matuseviç yüngül çəkidə kişilər arasında tək nəfərlik avarçəkmə üzrə yarımfinalda uğurla çıxış edib.
O, öz yarışında 7:07.75 saniyə ilə ikinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Bu növdə final 26 iyulda keçiriləcək.
QAZİLER.AZ

