11 yaşlı şahmatçı 38 illik dünya rekordunu qırdı

11 yaşlı şahmatçı 38 illik dünya rekordunu qırdı backend

Böyük Britaniyadan olan 11 yaşlı şahmatçı Bodhana Sivanandan, Eks-an-Provansda keçirilən "Dole Trophy" turnirində reytinqi 2600-dən yuxarı olan qrossmeystere qalib gələrək yeni yaş rekordu müəyyənləşdirib.

Qaziler.az bildirir ki, bu barədə turnirin rəsmi saytında məlumat verilib.

İdmançı partiyaların birində Fransanın hazırkı çempionu, qarşılaşma baş tutan anda reytinqi 2628 olan Mark’Andria Moritskini məğlub edib. Həmin vaxt Sivanandanın 11 yaş 4 ayı tamam olub. 38 il ərzində qorunub saxlanılan əvvəlki rekord Yudit Polqara məxsus idi: o, 1988-ci ildə 12 yaş 2 aylıq olarkən Layos Portişə qalib gəlmişdi.

Sivanandan bundan əvvəl iki qrossmeysteri məğlub etsə də, bu, onun 2600+ səviyyəli rəqib üzərində ilk qələbəsidir. Britaniyalı şahmatçı növbəti turlarda israilli beynəlxalq usta Benni Ayzenberqə uduzub, daha sonra isə reytinqi vaxtilə 2710-a qədər yüksəlmiş qrossmeyster Maksim Rodşteynlə heç-heçə oynayıb.

Altı turun nəticəsinə görə, 3 xal toplayan şahmatçı qadınlar arasında qrossmeyster sənədinin (normasının) ikincisini rəsmiləşdirmək şansını saxlayır. O, ilk normanı 10 yaşında yerinə yetirərək o dövr üçün yaş rekorduna imza atmışdı. Hazırda Sivanandanın rəsmi reytinqi 2303-dür. 

QAZİLER.AZ