İspaniya millisinin futbolçusu Yamal Lionel Messini tarixin ən yaxşısı adlandırıb.
İspaniya və "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il Dünya Kuboku finalından sonra Argentina yığmasının kapitanı Lionel Messi ilə söhbətindən danışıb.
Qaziler.az bildirir ki, onun sözlərini "Marca" sitat gətirib.
19 yaşlı futbolçu final fitindən dərhal sonra Messiyə yaxınlaşdığını, əlini sıxdığını və qucaqladığını bildirib.
"Bir neçə il əvvəl kimsə mənə Leo Messiyə qarşı oynayaraq DÇ-ni qazanacağımı desəydi, sizi dəli adlandırardım", - deyə o etiraf edib.
Yamal Messini tarixin ən yaxşısı adlandırıb və ona uzun müddətdir heyran olduğunu vurğulayıb.
Yamal bildirib ki, Messi ona eyni ruhda davam etməsini arzulayıb və gələcəyin onların nəslinə məxsus olduğunu qeyd edib.
"Bu sözlər boynumdakı qızıl medal qədər qiymətlidir", - deyə Yamal əlavə edib.
Yamal indi ən gənc beş dünya çempionundan biri olub. O, DÇ-2026-nı 19 yaş altı günlüyündə qazanıb.
QAZİLER.AZ

