Gilyerme Oçoa karyerasını başa vurdu

Gilyerme Oçoa karyerasını başa vurdu backend

Meksika millisinin qapıçısı Gilyerme Oçoa karyerasını başa vurduğunu elan edib.

Qaziler.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Mən heç təsəvvürümə də gətirə bilməzdim ki, arzum məni bu qədər uzağa apara bilər. Bu gün geriyə yalnız qürurla baxa və deyə bilərəm: Ailəmə təşəkkür edirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm. Yolun hər bir mərhələsində mənimlə olan azarkeşlərə təşəkkür edirəm. Özümlə milyonların sevgisini və Meksika üçün hər şeyimi verdiyimə dair əminliyi aparıram. Hər şeyə görə sizə ürəkdən təşəkkür edirəm”, — deyə Oçoa özünün "Instagram" səhifəsində yazıb.

41 yaşlı Oçoa Meksika yığmasının heyətində DÇ-2026-nın qrup mərhələsində Çexiya komandasına qarşı keçirilən oyunun (3:0) 78-ci dəqiqəsində əvəzetmədən meydana daxil olaraq karyerasında dördüncü dünya çempionatında oynayıb. Ümumilikdə qapıçı 6 mundialda milli komandanın iştirak ərizəsində yer alıb. O, Meksika millisinə altı dəfə KONKAKAF Qızıl Kubokunu qazanmağa kömək edib və 2020-ci il Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.

QAZİLER.AZ