Qazaxıstan gənclərdən ibarət taekvondo komandası Cənubi Koreyanın Çunçon şəhərində keçirilən beynəlxalq turnirdə 21 medal qazanıb.
Qaziler.az-ın Zakon.kz-ia istinadən məlumatına görə, bu barədə 21 iyul 2026-cı ildə Qazaxıstan Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat verib.
Qazaxıstan MOK-un məlumatına görə, yarışın yekununda qazaxıstanlı idmançılar 7 qızıl, 6 gümüş və 8 bürünc medal qazanıblar.
Daha əvvəl Almatıdan olan para-taekvondoçunun iranlı rəqibini məğlub edərək Asiya qızıl medalını qazandığı bildirilmişdi.
QAZİLER.AZ

