Tanınmış britaniyalı jurnalist Pirs Morqan Argentina milli komandasının futbolçusu Lionel Messini kəskin tənqid atəşinə tutub.
Qaziler.az xəbər verir ki, bu barədə "Çempionat" portalı məlumat yayıb.
"Bu, ömrümdə gördüyüm ən acınacaqlı mənzərələrdən biridir. Messinin saxta obrazı (müqəddəslik haləsi) bu dünya çempionatında parça-parça oldu. O, qəddar quldurlardan ibarət iyrənc bir dəstənin hiyləgər rəhbəri idi", – deyə Morqan bildirib.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentina komandasına 1:0 hesabı ilə qalib gəlib. Görüşün əsas vaxtı heç-heçə (0:0) başa çatıb, ikinci əlavə vaxtda isə "Barcelona"nın 26 yaşlı hücumçusu Ferran Torres yeganə qolu vurub.
Argentina millisi 93-cü dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Entso Fernandes top uğrunda mübarizədə Pau Kubarsinin ayağına kobud zərbə vurduğu üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Buna qədər isə Fernandes 82-ci dəqiqədə baş hakimə qışqıraraq fəsadın qeydə alınmasını tələb etdiyi üçün sarı vərəqə ilə cəzalandırılmışdı.
QAZİLER.AZ

