Messi Argentina millisindəki karyerasını bitirir?

Messi Argentina millisindəki karyerasını bitirir? backend

"Inter Miami" və Argentina yığmasının hücumçusu Lionel Messi milli komandadakı karyerasını sonlandırmaq barədə yaxınları ilə danışmayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "TyC Sports" telekanalı məlumat yayıb.

Bildirilir ki, Messinin azarkeşlərlə vidalaşmasının məhz Argentinada baş tutması ən real ssenari kimi görünür.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatının final oyununda Argentina milli komandası əlavə vaxtda İspaniya yığmasına 0:1 hesabı ilə uduzub.

Hazırda 39 yaşı olan Messi 2023-cü ildən Şimali Amerika Futbol Liqasında (MLS) çıxış edən "Inter Miami" klubunda oynayır. O, daha əvvəl Fransanın "Paris Saint-Germain" və İspaniyanın "Barcelona" klublarında çıxış edib. Messi Kataloniya klubu ilə dörd dəfə Çempionlar Liqasının, həmçinin üç dəfə UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub. Hücumçu 2022-ci ilin dünya çempionu, 2014 və 2026-cı illər dünya çempionatlarının gümüş mükafatçısı, 2008-ci ilin olimpiya çempionu və ikiqat Amerika Kubokunun (2021, 2024) qalibidir. O, həmçinin səkkiz "Qızıl top" mükafatı ilə bu sahədə mütləq rekordçudur.

QAZİLER.AZ