Məşhur rusiyalı bodibilder 37 yaşında vəfat etdi

Məşhur rusiyalı bodibilder 37 yaşında vəfat etdi backend

Məşhur rusiyalı bodibilder və fitnes blogeri, həmçinin Do4a kimi tanınan Vadim İvanov 37 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, xəbər idmançının Telegram kanalında açıqlanıb.

"Vadim vəfat edib. Keçən ilin Vadim üçün çətin keçdiyi sirr deyil. O, sağlamlığını və gücünü bərpa etməyə çalışırdı. Amma təəssüf ki, tale başqa cür qərar verdi", - deyə paylaşımda bildirilir.

Blogerin əvvəllər iki dəfə infarkt keçirdiyi açıqlanıb.

Do4a Rusiyada bodibildinqin ən tanınmış təbliğatçılarından biri idi. O, bloqunda güc məşqləri və idman farmakologiyası haqqında danışıb. Daha sonra o, öz idman qidalanması və geyim brendini yaradıb.