Azərbaycanlı şahmatçı 300 idmançının qatıldığı yarışda üçüncü oldu

Azərbaycanlı şahmatçı 300 idmançının qatıldığı yarışda üçüncü oldu  backend

Türkiyənin Dənizli şəhərində Denizli Böyükşehir bələdiyyəsi tərəfindən təşkil olunmuş şahmatçılar arasında keçirilən turnirdə azərbaycanlı Rüfət Əbdülbağıyev uğur qazanıb.

Qaziler.az bildirir ki, şahmatçı təsnifat mərhələsini üçüncü pillədə başa vurub.

Yarışa İran, Türkiyə, Azərbaycan və Orta Asiyadan olan 300 şahmatçı qatılıb.

Şahmatçımız  təsnifatın sonuncu hissəsi olan blits yarışında 9 görüş keçirib. O, səkkiz oyunda qalib gəlib, yalnız bir oyunda məğlub olub. 

Azərbaycan təmsilçisi blits mərhələsinin ayrıca sıralamasında üçüncü yeri tutub. Blits yarışının qalibi İran şahmatçısı olub. Türkiyəli Deniz Dirikolu ikinci pillədə qərarlaşıb.

R.Əbdülbağıyev 9 oyundan 8 xal yığıb.

QAZİLER.AZ