Braziliyalı hücumçu Neymar Argentina millisinin 2026-cı il dünya çempionatının finalındakı məğlubiyyətinə və Lionel Messinin göz yaşlarına reaksiya verib.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Indian Sports Network" portalı sitat gətirib.
"Onun ağladığını görmək və gözlərindəki yaşa şahid olmaq həqiqətən ürəkdağlayan idi. Mən həmişə onun bu kuboku – dünya çempionatını qazanmasını və karyerasını dünya kuboku ilə başa vurmasını istəmişəm. Onun adına həqiqətən çox üzülürəm", - deyə Neymar bildirib.
Dünya çempionatı – 2026-nın final oyunu əlavə vaxtda İspaniyanın Argentinaya 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina 90+3-cü dəqiqədə yarımmüdafiəçi Entso Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda mübarizə aparıb.
QAZİLER.AZ

