Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının İspaniyaya qarşı keçirilən final oyunundan sonra təşkil edilən mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.
"Mən yaralanmışam! Ruhən yaralanmışam. Bağışlayın", - deyə Skaloni bildirib və ağlayıb.
Dünya çempionatı – 2026-nın final qarşılaşması əlavə vaxtda İspaniyanın Argentinaya 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub. Argentina 90+3-cü dəqiqədə yarımmüdafiəçi Entso Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda mübarizə aparıb.
DÇ-2026 tarixdə ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirak etdiyi ilk turnir olub. FİFA tərəfindən qəbul edilmiş bu format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və turnirə daha 40 əlavə oyun qataraq matçların ümumi sayını 104-ə çatdırıb.
QAZİLER.AZ

