Vüqar Həşimovun qardaşı yüksək vəzifəyə seçildi

Vüqar Həşimovun qardaşı  yüksək vəzifəyə seçildi backend

Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.

Qaziler.az “azertag.az”a istinadla xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.

Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda 3 vitse-prezident çalışacaq.

Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.