Beynəlxalq Futbol Federasiyası (FİFA) Qroznının "Axmat" klubuna yeni oyunçuların qeydiyyata alınmasına qadağa qoyub.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məhdudiyyətlər iyulun 14-dən etibarən qüvvədə olacaq. Səbəblər açıqlanmır, lakin pozuntular aradan qaldırıldıqdan sonra qadağa ləğv ediləcək.
2024-cü ilin dekabrında analoji qadağa "Heerenveen" klubuna Eduke üçün olan borca görə ÇSKA-ya tətbiq edilmişdi. Ödəniş edildikdən sonra qadağa götürüldü.
"Axmat" ötən mövsüm Rusiya Premyer Liqasında (RPL) 9-cu yeri tutub. Komanda yeni mövsümə iyulun 25-də "Lokomotiv"lə səfər matçı ilə başlayacaq.
İyulun 7-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılmasını müvəqqəti olaraq ləğv edib və bütün federasiyalara rusiyalı idmançılara qoyulan məhdudiyyətləri götürməyi tövsiyə edib.
QAZİLER.AZ

