DÇ-2026: Finalda üz-üzə gələcək komandalar müəyyənləşib

DÇ-2026: Finalda üz-üzə gələcək komandalar müəyyənləşib backend

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında və üçüncü yer uğrunda üz-üzə gələcək komandalar müəyyənləşib.

Qaziler.az xəbər verir ki, cütlərin adlarına yarımfinalın son oyunundan sonra aydınlıq gəlib.

DÇ-2026-nın son iki matçı iyulun 19-da keçiriləcək.

19 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Fransa – İngiltərə

Mayami stadionu

Final

23:00. İspaniya– Argentina

Nyu-York/Nyu-Cersi stadionu

Qeyd edək ki, yarımfinal qarşılaşmalarında İspaniya Fransanı (2:0) Argentina isə İngiltərəni (2:1) məğlub edib.