Zidan Fransa millisinə başçılıq edəcək

Zidan Fransa millisinə başçılıq edəcək backend

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin sükanı arxasına keçəcək.

Qaziler.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Fransa millisinin hazırkı çalışdırıcısı Didye Deşam daha əvvəl dünya çempionatı bitdikdən sonra postunu tərk edəcəyini bəyan etmişdi.

Mundialın yarımfinalında fransızlar İspaniyaya 0:2 hesabı ilə uduzublar və indi üçüncü yer uğrunda matça çıxacaqlar.

Deşam 2012-ci ildən bəri Fransa komandasına rəhbərlik edirdi. Onun başçılığı altında Fransa 2018-ci ildə dünya çempionu olub.

QAZİLER.AZ