Messi və komandasına qarşı petisiyanı 9 milyon insan imzaladı

Messi və komandasına qarşı petisiyanı  9 milyon insan imzaladı backend

Təxminən doqquz milyon futbol azarkeşi Argentina millisinin futbol üzrə dünya çempionatından kənarlaşdırılması tələbi ilə petisiya imzalayıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.

Azarkeşlər Beynəlxalq Futbol Federasiyasını (FİFA) Cənubi Amerika komandasına və xüsusilə də onların kapitanı Lionel Messiyə qarşı qərəzli yanaşmada ittiham edirlər.

Dörddəbir final matçında Argentina millisi İsveçrə komandasını 3:1 hesabı ilə məğlub edib. Oyunun taleyi əlavə vaxtda həll olunub. Matçın 10-cu dəqiqəsində Aleksis Mak Allister hesabı açıb, 67-ci dəqiqədə isə Dan Ndoy hesabı bərabərləşdirib. Əlavə vaxtda, 112-ci dəqiqədə Xulian Alvares fərqlənərək qol vurub. Matçın son hesabını isə 120-ci dəqiqədə qol vuran Lautaro Martines müəyyənləşdirib.

Oyunun 70-ci dəqiqəsində isveçrəli Bril Embolo ikinci sarı vərəqə alaraq meydandan qovulub. Yarımfinalda Argentina dörddəbir final mərhələsində Norveçi turnirdən kənarlaşdıran İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

QAZİLER.AZ