Lamin Yamal unikal rekorda imza atıb

Lamin Yamal unikal rekorda imza atıb backend

İspaniya millisinin futbolçusu Lamin Yamal unikal rekorda imza atıb.

Qaziler.az xəbər verir ki, 19 yaşlı hücumçu buna dünya çempionatının yarımfinalında Fransanı məğlub etmələri (2:0) sayəsində nail olub.

Gənc forvard mundial və Avropa çempionatında start heyətində oynadığı 12 matçın hamısında qalib gəlib.

O, tarixdə bunu bacaran ilk futbolçudur.

Xatırladaq ki, İspaniya millisi finalda İngiltərə - Argentina cütünün qalibi ilə üz-üzə gələcək. Turnirin final görüşü iyulun 19-da keçiriləcək.

Report.az