Türkiyə millisinin keçmiş futbolçusu saxlanılıb

Türkiyə millisinin keçmiş futbolçusu saxlanılıb backend

Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci həyat yoldaşını döyməkdə şübhəli bilinərək saxlanılıb.

Qaziler.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı xəbər verib.

Nəşrdə qeyd olunub ki, Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci məişət zorakılığı iddiası ilə bağlı daxil olan şikayətdən sonra saxlanılıb.

Mediada sabiq oyunçuya qarşı araşdırma aparıldığı bildirilsə də, hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Klub karyerasına "Beşiktaş"da başlayan Kahveci, daha sonra İspaniyanın "Real Sosyedad" və "Vilyarreal" komandalarında çıxış edib, ardınca yenidən "Beşiktaş"a qayıdıb. "Real Sosyedad"da keçirdiyi 2002/2003 mövsümü onun üçün xüsusilə uğurlu alınıb. Futbolçu 23 qol vuraraq İspaniya Primerasının bombardirlər yarışında yalnız Roy Makaydan geri qalmaqla ikinci olub.

O, milli komandanın heyətində 69 oyun keçirib və 19 qol vurub. Kahveci yığmanın tərkibində 2002-ci il dünya çempionatının, 2003-cü il Konfederasiyalar Kubokunun və Avro-2008-in bürünc mükafatçısı olub. 2008-ci il Avropa çempionatının dörddəbir finalında Türkiyə Çexiyaya 0:2 hesabı ilə uduzsa da, Kahvecinin dublu sayəsində 3:2 hesabı ilə qalib gəlib.

QAZİLER.AZ