Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jesuş hücumçu və milli komandanın kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bildirib.
Qaziler.az xarici KİV-ə istinadən xəbər verir ki, məşqçi və oyunçu əvvəllər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda birlikdə çalışıblar.
41 yaşlı Ronaldo 2026-cı il Dünya çempionatında üç qol vurub, lakin Portuqaliya 1/8 final mərhələsini keçə bilməyib.
"Kriştiano nə milli komanda, nə də mənim üçün heç vaxt problem olmayacaq. Kriştiano Portuqaliya futbolunun simvoludur. O, "Əl-Nəsr"də qalmaq istəyir və karyerasını orada başa vuracaq. Kriştiano ilə işləmək asandır", - Jesuş bildirib.
"Əl-Nəsr" 2025/2026 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb. (lent.az)



