Sabiq futbolçu Devid Bekhem qızının doğum günündə onunla birgə çəkilmiş şəklini paylaşıb. İdmançı arxiv fotolarını bölüşərək Harperin necə böyüdüyünü göstərib.
Qaziler.az xəbər verir ki, o, doğum günü olan qızına "Instagram"da post həsr edib.
"Mənim gözəl xanımımın bu gün 15 yaşı tamam olur. Sən mükəmməl bir qız övladısan. Eynilə atan kimi şirin, mehriban, gözəl və möhtəşəm xarakterli bir insansan. Biz səni çox sevirik və həyatımızda sən olduğun üçün hamımız çox şanslıyıq. Sənə ən gözəl ad günü arzulayıram", - deyə iş adamı yazıb.
Harper, Bekhemin müğənni Viktoriya Adams ilə evliliyindən dünyaya gəlib. Cütlük 1997-ci ildə tanış olub. Onlar futbol matçında qarşılaşıblar.
QAZİLER.AZ



