DÇ-2026-nın 3 əsas favoriti hansıdır? - Demenkonun ŞƏRHİ

DÇ-2026-nın 3 əsas favoriti hansıdır? -  Demenkonun ŞƏRHİ backend

Karyerası ərzində Sankt-Peterburqun "Zenit", Moskvanın "Spartak" və "Krasnodar" klublarında çıxış etmiş tanınmış rusiyalı futbolçu Maksim Demenko futbol üzrə dünya çempionatının əsas çempionluq namizədlərindən danışıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Gazeta.Ru" saytına verdiyi şərhdə danışıb.

"Yeganə bir favoriti qeyd etmək çox çətindir. Mənim gördüklərim... Bir tərəfdən görürük ki, Argentina, hətta çətinlik çəkdiyi anlarda belə, Misiri və həqiqətən yaxşı futbol nümayiş etdirən digər rəqiblərini keçməyi bacarır. Oyuna görə qiymətləndirsək, hazırda ən güclülərdən ibarət bir qrup var. Bunlar Fransa, İngiltərə və bir də İspaniyadır. Son iki komandanın dörddəbir final oyunlarını gözləmək lazımdır, lakin hazırkı məqamda favorit olaraq məhz bu komandaları göstərərdim", - deyə Demenko qeyd edib.

Fransa millisi DÇ-2026-nın ilk dörddəbir finalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edib. Fransızlar ötən mundialın yarımfinalında da bu rəqibə eyni hesabla qalib gəlmişdilər. Fransanın yarımfinaldakı rəqibi İspaniya - Belçika qarşılaşmasından sonra müəyyənləşəcək. Digər yarımfinal cütlüyü isə İngiltərə - Norveç və Argentina - İsveçrə matçlarının nəticələrinə əsasən bəlli olacaq.

QAZİLER.AZ