“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.
Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Moldovadan olan hakimlər idarə ediblər.
Görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" – "Vestri" 3:0
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.



