Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/8 finalında Misirlə matçda qaçırdığı penaltiyə görə qəzəbləndiyini etiraf edib.
Qaziler.az xəbər verir ki, onun sözlərini "TyC Sports" sitat gətirir.
"Penaltiyə görə çox qəzəbli idim, yenə qol vura bilmədiyim üçün çox narahat idim. Əgər həmin an penaltini vursaydım, bu, oyunun gedişatını dəyişərdi. Yaxşı oynayırdıq. Penaltidən başqa da əla qol şanslarımız oldu", - deyə o bildirib.
Matçın 21-ci dəqiqəsində Messinin zərbəsi Misir millisinin qapıçısı Mustafa Şobeyridən yan keçməyib.
Görüş Amerikanın Atlanta şəhərindəki "Mersedes-Bens Stedium" stadionunda baş tutub və 79-cu dəqiqəyə qədər 0:2 hesabı ilə uduzan Argentinanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 15-ci dəqiqədə Yasser İbrahim açıb. Misirin ikinci qolunu Mostafa Ziko vurub. 79-cu dəqiqədə Kristian Romero Argentina üçün bir qolun əvəzini çıxıb. 83-cü dəqiqədə Lionel Messi hesabı bərabərləşdirib. Argentinaya qələbə qazandıran qolu isə 90+2-ci dəqiqədə Enzo Fernandes vurub.
QAZİLER.AZ



