Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.
Qaziler.az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
Görüşdə ilk iki qolu Misir komandası vurub. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisini hesabda irəli çıxarıblar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi ardıcıl 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
"Tanqoçular"un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
Qeyd edək ki, Argentina 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə üz-üzə gələcək.



