İnfantinonun FİFA rəhbəri postundan istefası istənildi

İnfantinonun FİFA rəhbəri postundan istefası istənildi backend

Britaniya parlamentinin üzvü Ed Deyvi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəhbərini vəzifəsindən istefa verməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

"İnfantino getməlidir. Dünya çempionatı Tramp kimi quldurlara yox, azarkeşlərə məxsusdur. Turnirin keçirildiyi yer buna təsir etməməlidir. Bizə FİFA-dakı korrupsiyaya, nəhayət son qoyacaq biri lazımdır", - deyə Deyvi yazıb.

Qeyd edək ki, ABŞ milli komandasının futbolçusu Folarin Boloqun Bosniya və Herseqovina ilə oyunda meydandan qovulmuşdu. FİFA qaydalarına əsasən, o, dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Belçikaya qarşı keçirilən matçda oynamaq hüququna malik deyildi. Lakin FİFA hücumçunun cəzasını təxirə salıb. Bundan qısa müddət sonra mediada ABŞ Prezidenti Donald Trampın şəxsən FİFA rəhbəri Canni İnfantinoya zəng etdiyi və Boloqunun diskvalifikasiyasının ləğv olunmasını tələb etdiyi barədə məlumatlar yayılıb.

Belçika millisi matçda 4:1 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Onlar bu mərhələdə əsas vaxtın sonunda Portuqaliya üzərində çətin qələbə qazanan İspaniya yığması ilə qarşılaşacaqlar. ABŞ - İspaniya oyunu isə iyulun 10-da baş tutacaq.

QAZİLER.AZ