Ronaldo: "Bu mənim karyeramda sonuncu olacaq"

Ronaldo: "Bu mənim karyeramda sonuncu olacaq" backend

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo karyerasında sonuncu dünya çempionatını keçirdiyini bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə “sportmail.ru” yazır.

"Bəli, bu dünya çempionatı mənim üçün sonuncu olacaq. Sadəcə hər andan həzz almaq lazımdır. Sonda bizi sevən, onlara xüsusi anlar bəxş edə biləcəyimiz insanlar qalır. Bunlar möhtəşəm xatirələrdir", - nəşri 41 yaşlı portuqaliyalının sözlərini sitat gətirib.

DÇ-2026-nın 1/8 finalında Portuqaliya millisi iyulun 6-da İspaniya komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

QAZİLER.AZ