DÇ-2026-nın 1/8 final mərhələsində Meksika və İngiltərə milli komandaları arasında keçiriləcək oyunun başlama vaxtı hava şəraiti səbəbindən bir saat təxirə salınıb.
Qaziler.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Gecikməyə stadion ətrafında ildırım və şimşək təhlükəsi səbəb olub. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 04:00-a planlaşdırılmışdı.
Oyun saat 05:00-da Meksikanın Mexiko şəhərində yerləşən eyni adlı stadionunda keçiriləcək. Bu, Meksikanın ev sahibliyi etdiyi turnirdə son matç olacaq. Görüşün qalibi 1/4 finalda Norveç seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.



