“2014-cü ildə istefa vermədiyimə görə çox peşmanam”. APA-nın Sky News-a istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın prezidenti Yozef Blatter deyib. “Mən kifayət qədər müdrik olmalı, 2014-cü il Dünya Çempionatından sonra istefa verməli idim”, deyə Y.Blatter bildirib.
Xatırladaq ki, dekabrın 21-də adı rüşvət qalmaqalında hallanan FİFA prezidenti 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onun hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.